"ABŞ hökuməti Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir".
Bizim.Media-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamenti ATƏT-in keçmiş Minsk qrupunun gələcəyi və Vaşinqtonun məsələyə münasibəti ilə bağlı sualı cavablandırarkən bəyan edib.
"Biz hər iki tərəflə onların razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırıq", - deyə Dövlət Departamentindən əlavə edilib.
Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. Rəsmi Bakı hesab edir ki, Qarabağ münaqişəsi həllini tapdığından ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb.
Bizim.Media