Azərbaycan Misli Premyer Liqasının 3-cü turunda keçirilməli olan "Zirə" - "Araz-Naxçıvan" oyunu təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
“Zirə” UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.
Bundan əlavə, turnirin 4-cü turunda “Şamaxı” – “Zirə” matçı ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.
Bizim.Media