"Brent" neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyəri 0,78% artaraq 1 barelə görə 68,81 dollar olub.
Bizim.Media xəbər verir ki, bu, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişi zamanı bəlli olub.
Mənbə bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,69% artaraq 65,35 dollar təşkil edib.
Bizim.Media