Londonda Temza şlüzlərinin birində ilişib qalan balina balası xilas edilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı yerli “Evening Standard” qəzeti yayıb. Mənbə yazır ki, heyvan Londonun cənub-qərbindəki Riçmond şlüzündə ilişib qalıb.
Xilasedicilərin gəlişindən əvvəl balinanın çıxa bilməsi üçün şlüzü su ilə doldurublar.
"Bazar axşamı saat yeddi civarında, təxminən üç-dörd metr uzunluğunda kiçik bir balina sahilə çıxıb". London limanının sözçüsü belə deyib.
Balinanın xilas edilməsində Kral Milli Xilasetmə İnstitutunun nümayəndələri ilə yanaşı, yanğınsöndürmə briqadaları və dalğıclar iştirak edib.
Bizim.Media