“İslama görə yas evində yemək bişməz” - İlahiyyatçıdan israfçılığa ETİRAZ

Azərbaycanda yaslar da toylar qədər dəbdədbəli təşkil olunur. Ölən şəxsin yaxınları, ailə üzvləri ağrı-acılarını unutmaq əvəzinə yeni problemlərin, yas çadırının qurulması, ehsanın hazırlanması və bu kimi işlərin həlli ilə məşğul olurlar. 

Həmçinin, ölkədə müsəlman adətlərinə görə, yas məclisləri bir neçə dəfə keçirilir. Yəni dəfnin təşkilindən sonra üç, yeddi, qırx mərasimin keçirilməsi, həmçinin cümə axşamlarının verilməsi də bura daxildir. Hər dəfə də süfrəyə təkcə çay, limon, halva yox, hər cür meyvə və yeməklər düzülür.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə toyda kütləvi ZƏHƏRLƏNMƏ: 40 nəfər…


Təbii ki, bu həm yenicə yasa batmış, bəlkə də ailənin yeganə gəlir gətirən şəxsini itirmiş ailənin büdcəsinə zərbədir, həm də israfçılığa yol açır. 

Azərbaycanda bir neçə il öncə yasların təmtəraqlı keçirilməsi məhdudlaşdırılmışdı. Yalnız çay süfrəsinə icazə verilirdi. Lakin bu qaydaya az riayət edildi. Hazırda yenə də yaslar yuxarıda sadalanan bütün günlər daxil olmaqla ya yas çadırlarında, ya mərasim evlərində, yaxud da evlərdə təşkil olunur. 

İsrafçılığın aradan qaldırılması və ehsanın yığışdırılması üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, yas zamanı ehsan vacib deyil:

“Bunun adı ehsan olsa da əslində ehsan deyil. Çünki ehsan pulsuz olur. Lakin bizdə camaat gəlib bozbaşdan, halvadan yeyib üstündən də bir siqaret yandırır, çıxanda da yediyinin pulunu dəftərə yazdırıb gedir.

Bu, kafedə nahar etmək kimi bir şeydir. Lakin əslində İslam dininə görə yas evində yemək bişməz, ora camaat yemək, ərzaq aparmalıdır. İndi varlılar edir, kasıblar da onlardan geri qalmamaq üçün borc və ya sələmə pul götürüb dana kəsirlər, məşəqqətə düşürlər. Bu nə dinə, nə də ənənəmizə uyğundur. Yas yerində camaat oturub yemək gözləyir, hələ yemək az olanda da gileylənirlər. İlk növbədə bunu yası idarə edən din xadimləri deməlidir.

Onlar da ona görə demirlər ki, özləri qarnını bərkidirlər. Əgər din xadimi onların əksinə təbliğat aparsa, hədəfə tuş gələ bilər. Bizdə yas-ehsan mafiyası fəaliyyət göstərir. Ölü maşınları, yas üçün avadanlıq, ölünün yuyulması üçün pul yığımı, nəzir, hər masanın xüsusi məbləğdə qiyməti olan mərasim evləri və s. var. Bunları himayə edən, gəlir götürən dairələr var. Əgər onlar bunu yığışdırmasa fərdi təbliğatla heç nə hasil olmaz”.

İlahiyyatçı hesab edir ki, bunun ləğvi bəzi şəxslərə sərf eləmir:

“İslam dinində 7, 40, 52, il, cümə axşamı deyilən yas məclisi yoxdur. Bunu istismarçı ruhani təbəqəsi qazanc mənbəyi olaraq din adına sırıyıb. İndi də əsasən din pərdəsi altında o məclisləri xurafatçılıq təbliğatı üçün istifadə edirlər. Peyğəmbər vəfat edəndə bəyəm ona 7, 40 veriblər? Bəyəm halva bişirib dəftər qoyublar? Gülünclükdür bunlar... Bu adətlər ermənilərdən, farslardan keçib. Bu cür pis adətlərin, ehsan adı ilə qonaqlıq verməyin ləğv edilməsi üçün ehsan mafiyasının manapoliyası nəzarətə götürülməlidir. Əvvəlcə gərək ölkənin dindarlarını təmsil edənlər özləri buna əməl etsinlər”. 

İlahiyyatçı əlavə edib ki, hər kəndin, qəsəbənin icra nümayəndəsi, bələdiyyəsi maarifləndirmə aparmalıdır:

“Din xadimləri hər kənddə, hər qəsəbədə elan etməlidir, təbliğat aparmalıdır ki, əgər israfçılıq etsəniz gəlib yasınızı idarə etməyəcəyik, çünki bu ölü üçün də, diri üçün də günahdır. Yoxsa ayda bir dəfə məni kimi ilahiyyatçıların müsahibə verməsi ilə bu işə əncam olmaz. Bu, iynə ilə gor qazmaq kimi bir şeydir. İndiki yaslarda bircə içki çatmır, yəqin bir azdan o da olacaq. Dünyanın heç bir ölkəsində belə görməmişlik, belə acgözlük yoxdur. Sanki yığışıb ölünün ətini yeyirlər”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Universitet müəllimi dünyasını dəyişdi

Universitet müəllimi dünyasını dəyişdi

“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Salatın Əsgərovanın oğlu Reabilitasiya Mərkəzinə yerləşdirildi - VİDEO

Salatın Əsgərovanın oğlu Reabilitasiya Mərkəzinə yerləşdirildi - VİDEO

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi

“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi

Yol polisi gücləndirilmiş rejimə KEÇDİ

Yol polisi gücləndirilmiş rejimə KEÇDİ

Bazar günü hava necə OLACAQ?

Bazar günü hava necə OLACAQ?

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Bu gün sizi nə GÖZLƏYİR? - BÜRCLƏR

Bu gün sizi nə GÖZLƏYİR? - BÜRCLƏR

"Avroviziya 2026" ləğv edilir?

"Avroviziya 2026" ləğv edilir?

Qubada BİABIRÇILIQ - 35 yaşlı kişiyə ərə verilən 15 yaşlı qızın TOYU dayandırıldı

Qubada BİABIRÇILIQ - 35 yaşlı kişiyə ərə verilən 15 yaşlı qızın TOYU dayandırıldı

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Gənclər niyə BƏDBƏXTDİR?

Gənclər niyə BƏDBƏXTDİR?

Bu rayonlara QAR yağdı – İşıq KƏSİLDİ-VİDEO

Bu rayonlara QAR yağdı – İşıq KƏSİLDİ-VİDEO

Azərbaycan Türkiyədən aldığı geyimə görə nə qədər pul XƏRCLƏYİR?

Azərbaycan Türkiyədən aldığı geyimə görə nə qədər pul XƏRCLƏYİR?

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Yol polisindən XƏBƏRDARLIQ - Azyaşlılar sükan arxasına keçməsin!

Yol polisindən XƏBƏRDARLIQ - Azyaşlılar sükan arxasına keçməsin!

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Ərdoğanın baş müşaviri vəfat etdi

Ərdoğanın baş müşaviri vəfat etdi

End of content

No more pages to load

RADİO