İngiltərə hökuməti Şotlandiyada keçiriləcək yeni müstəqillik referendumu ilə razılaşmayacağını təsdiq edib.
Bizim.Media xəbər verir ki, dünən parlament seçkilərində qalib gələn Şotlandiya Milli Partiyası seçki kampaniyası dövründə qalib gələcəkləri təqdirdə, ikinci dəfə müstəqillik referendumu keçirəcəklərini açıqlamışdı.
İngiltərənin baş naziri Boris Conson isə belə bir addıma icazə verməyəcəklərini bəyan edib.
“Xeyr, biz bunu etməyəcəyik. Hər hansı qanunvericilik tədbirləri və ya məhkəmə iddiaları ilə bağlı fərziyələr sadəcə aktual problemlərdən diqqəti yayındırmaq cəhdidir. Bu çıxılmaz yolla getmək məni maraqlandırmır.”-deyə baş nazir açıqlamasında bildirib.
Bizim.Media