Belqorod vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bizim.Media xəbər verir ki, bunu vilayətin qubernatorru Vyaçeslav Qladkov deyib.
Onun sözlərinə görə, vilayətdə vəziyyət son dərəcə mürəkkəb və gərgindir:
"Gələcəkdə fövqəladə vəziyyət rejimi federal səviyyəyə qaldırıla bilər".
Qubernator qeyd edib ki, təşəbbüs Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovdan gəlib.
Vyaçeslav Qladkov bildirib ki, vilayətin Şebekino şəhərində Ukraynaya məxsus pilotsuz uçan aparat təcili yardımın tibb işçilərini yaralayıb:
"Ümumilikdə dörd nəfər xəsarət alıb. Onlardan ikisi təcili yardımın işçiləri olub. Basqından sonra şəhərdə iki mənzil yanıb, lakin yanğın tez bir zamanda söndürülüb.
Gecə saatlarında Ukrayna PUA-ları Belqorod vilayətinin iki kəndinə də hücum edib. Otradnoyedə fərdi yaşayış evinə ciddi ziyan dəyib. İki avtomobil yanıb. Petrovka kəndində üç evə, bir avtomobilə və elektrik xəttinə ziyan dəyib. Kəndin küçələrindən biri işıqsız qalıb".
Xatırladaq ki, analoji tədbirlər ötən cümə günü Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olması ilə avqustun 6-dan döyüşlərin davam etdiyi Kursk vilayətində də həyata keçirilib.
Bizim.Media