“Zirə” klubunun Konfrans Liqasının play-off mərhələsində potensial rəqibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 3-cü mərhələdə Macarıstanın “Fehervar” klubunu təkrar matçda 2-0 hesabı ilə məğlub edən Kiprin “Omoniya” klubu play-off-a çıxıb.
Bu komandalar arasındakı birinci qarşılaşmada da “Omoniya” 1-0 hesabı ilə qalib gəlmişdi. Beləliklə “Zirə” komandası “Osiyek” səddini aşsa, play-off mərhələsində “Omoniya” ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media