Ukrayna ordusunun hərbi komandanlığı Rusiya ilə 20 kilometrə qədər olan həmsərhəd ərazidə vətəndaşlarının səfərlərini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Ukrayna vətəndaşlarına tətbiq edilən qadağa döyüş əməliyyatlarının intensivliyinin artması, kəşfiyyat qruplarının, həmçinin xüsusi əməliyyat qüvvələrinin fəaliyyətinin intensivləşdirilməsi ilə əlaqədardır.
Bizim.Media