Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, Ketraruya Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq ifadə olunub.
XİN həmçinin Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırıb.
Bizim.Media