Putin Bakıya niyə gəlir? – Korotçenko ilə MÜSAHİBƏ

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi gözlənilir. Son zamanlar regionda və beynəlxalq arenada baş verən gərgin proseslər fonunda bu səfər xeyli maraq doğurur.

Putinin ölkəmizə səfəri ilə bağlı Xəzər (Rusiya) Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Bizim.Media ilə fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- İqor Yuriyeviç, Rusiya Prezidenti Vladimir Putinin Bakıya gözlənilən səfəri barədə nə deyə bilərsiniz?

- Əminəm ki, Rusiya və Azərbaycan liderlərinin bu görüşündə iki ölkə arasında olan münasibətlərə kompleks baxış olacaq. Bir məqamı qeyd etmək vacibdir ki, Rusiya Azərbaycana strateji tərəfdaş və etibarlı dost kimi baxır. Bu baxışın tarixi əsası və ənənəsi var. Ən nəhayət, 2022-ci ilin fevral ayında Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik haqqında saziş bunu zəruri edir. 

Üstəlik, Vladimir Putinlə İlham Əliyevi bir-birini şəxsi dostluq münasibətləri bağlayır. Onların arasında sarsılmaz etibar var. Onlar bir-birilərinə etibarlı dost, tərəfdaş kimi baxırlar. Açıq şəkildə deməliyəm ki, belə münasibətə indiki dünyamızda çox az təsadüf olunur. Bəlkə də buna görə Rusiya ilə Azərbaycan arasında münasibətlər qibtəolunacaq səviyyədə yüksəkdir. Ona görə də iki liderin görüşündə müzakirə ediləcək xeyli məsələ var.

- Azərbaycan və Rusiya prezidentləri arasında əsas müzakirə obyekti, sizcə, nə olacaq?

- Müzakirə olunacaq məsələlər çoxdur. Təbii ki, ilk öncə regional məsələlər diqqət mərkəzində olacaq. Cənubi Qafqazda son zamanlar xeyli hadisələr yaşanıb. Əminəm ki, həm rəsmi Bakı, həm də rəsmi Moskva xarici oyunçuların regiona soxulmasına, burada hərbi kontingent formalaşdırmalarına qarşı çıxacaqlar. Çünki ABŞ və Fransa kimi ölkələrin Cənubi Qafqazda hərbi mövcudluğu region üçün ciddi təhdidlər yaradır. Ona görə də hər iki ölkə lideri bu məsələyə laqeyd qalmayacaq və prinsipial mövqe nümayiş etdirəcəklər. 

- Bəs, digər aspektdən yanaşsaq…

- Yəqin ki, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin şaxələndirilməsi də müzakirə olunacaq məsələlər sırasındadır. Yeni bir müzakirə mövzusu isə Azərbaycanın çox ciddi şəkildə hazırlaşdığı COP29 konfransıdır. Çünki Rusiya da qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə  aktiv rol oynayır. Qlobal iqlim dəyişikliyi ilə bağlı iki ölkə arasında müzakirə ediləcək xeyli məsələ var. Bir sözlə, gözlənilən görüşdə müzakirə ediləcək kifayət qədər mövzular var.

Onu da qeyd edim ki, Prezident İlham Əliyevin simasında biz çox müdrik və uğurlu siyasi lider görürük. İlham Əliyev kimi liderlərlə müzakirələr hər zaman faydalı olur.

- İqor Yuriyeviç, sizcə, Ermənistanın Qərbin oyuncağına çevrilməsi regionda gərginliyi artıracaqmı?

- Hesab edirəm ki, Rusiya, Azərbaycan və Türkiyə qlobal təhlükəsizlik baxımından eyni mövqedən çıxış etməlidir. Bu məsələdə ilk diqqət çəkən məqam Ermənistanın Qərbin “troya atı”na çevrilməsidir. Paşinyan açıq şəkildə Qərbin Cənubi Qafqazda hərbi mövcudluğuna çalışır. Bu isə region üçün çox böyük təhlükələr yaradır. 

Ona görə də Rusiya, Azərbaycan və Türkiyə liderlərinin regionda baş qaldıran neqativ tendensiyaya qarşı eyni mövqedən çıxış gözləniləndir. Bu məsələdə hər 3 ölkənin beyin mərkəzlərinin, hərbi və siyasi ekspertlərinin də üzərinə böyük iş düşür. Çünki Ermənistanın atdığı düşünülməmiş addımlar bütövlükdə regionu qeyri-sabitliyə və müharibəyə sürükləyir. Bu prosesi dayandırmaq üçün bütün imkanlar səfərbər edilməlidir. Qərbin Ermənistan üzərindən qurduğu çirkin planın pozulması və Cənubi Qafqazda sülhün təmin edilməsi hər kəsin əsas hədəfi olmalıdır.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

End of content

No more pages to load

RADİO