Bu şəxslərə verilən Prezident təqaüdü artırılıb - RƏSMİ

İkinci Dünya müharibəsi əlillərinə və iştirakçılarına Prezidentin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlər mütəmadi olaraq artırılıb.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, növbəti artım kimi, dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanı ilə 2021-ci ilin əvvəlindən həmin təqaüdlər orta hesabla 50 faiz artırılaraq, I dərəcə əlilliyi olanlar üçün 400 manata, II dərəcə əlilliyi olanlar üçün 350 manata, III dərəcə əlilliyi olanlar üçün 300 manata çatdırılıb.
 

İkinci Dünya müharibəsi iştirakçılarına təqaüd iki dəfə artırılmaqla 300 manata çatdırılıb. Prezidentinin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi iştirakçıları pensiya (orta aylıq məbləği 415 manatdır) ilə təmin edilirlər. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.


İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Prezident İlham Əliyev tərəfindən hər il 9 May - Qələbə günü ərəfəsində Sərəncam imzalanır.

29 aprel 2021-ci il tarixli Sərəncamla da Qələbənin 76-cı ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib.

Sərəncam ümumilikdə 5648 şəxsi əhatə edib, onlardan 159-u İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır.
 

Bu maddi yardımın məbləği son illərdə müharibə iştirakçıları üçün 3 dəfə, döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslər üçün 4 dəfəyə yaxın artırılıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi əlillərinin mənzil və avtomobillə də təminatı həyata keçirilib.

Qeyd olunan kateqoriyaya aid vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində sosial xidmətlər də göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? — VİDEO

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? — VİDEO

Sankt-Peterburqda bu ölkə liderlərinə mükafat veriləcək

Sankt-Peterburqda bu ölkə liderlərinə mükafat veriləcək

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

Əkin sahələrində rəqəmsal nəzarət - “Made in Azerbaijan” brendi əl-əl axtarılacaq

Əkin sahələrində rəqəmsal nəzarət - “Made in Azerbaijan” brendi əl-əl axtarılacaq

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Coşqun Rəhimova ağır itki!

Coşqun Rəhimova ağır itki!

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

End of content

No more pages to load

RADİO