Ermənistan Baş Prokurorluğu böyük cinayətlər silsiləsinin üstünü açıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə qeyd edir ki, eks-prezident Serj Sarkisyanın kürəkəni və Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan korrupsiya, rüşvətxorluq, vergidən yayınma, çirkli pulların yuyulması və mənimsəmədə ittiham olunur.
Onun adı 76 cinayət epizodunda hallanıb.
Keçmiş səfirin əməlləri nəticəsində 350 milyon dollar dövlətə ziyan dəyib. Bu cinayət işində iştirak edən 13 nəfərdən 3-ü artıq saxlanılıb.
Bizim.Media