ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp milyarder və iş adamı İlon Maska müsahibəsi zamanı hazırkı dövlət başçısı Co Baydeni "tərəvəz" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
"Bayden mənim fikrimcə, tərəvəz olmağa çox yaxındır," - deyə o bildirib.
Tramp Baydenin çimərlikdə istirahət etdiyi görüntülərə baxdığını və onun zorla gəzdiyini qeyd edib.
"Bu, çox pis görünür. Elə bil bizim, ümumiyyətlə, prezidentimiz yoxdur" - deyə siyasətçi əlavə edib.
Bizim.Media