Fələstin tərəfi İsrailin Qəzza və Misir sərhədindəki Rəfah keçid məntəqəsinin açılması ilə bağlı təklifini rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrailin təklifi nəzarət-buraxılış məntəqəsi və sərhəddə Fələstin bayrağının qaldırılmasını qadağan edir.
Qeyd edək ki, İsrail nəzarət-buraxılış məntəqəsi ərazisində və Filadelfiya dəhlizində mövcudluğunu, eləcə də yoxlama və sorğuya müdaxilə etmək imkanının saxlanmasını tələb edib.
Bizim.Media