"Kursk vilayətində vəziyyət mürəkkəbdir, 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir. Vilayətə hücum zamanı 12 dinc sakin həlak olub, 10-u uşaq olmaqla 121 nəfər yaralanıb”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksey Smirnov Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı keçirdiyi iclasda deyib.
O bildirib ki, Ukrayna qüvvələri Kursk vilayətinin Belovski rayonunda kimyəvi silahdan istifadə edib".
"Vilayətdən olan 2 minə yaxın insanın taleyi məlum deyil" - o, əlavə edib.
Bizim.Media