Böyük Britaniyanın paytaxtı London şəhərində mer seçkiləri yekunlaşıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mayın 6-da keçirilən seçkilərin nəticələri bəlli olub. Belə ki, seçkilərdə hazırda fəaliyyətdə olan mer Sadik Xan ikinci dəfə qalib gəlib. Bununla da 2016-cı ildə Londonun meri olan Sadik Xan daha üç il müddətinə bu vəzifəsini qoruyub saxlaya bilib.
Qeyd edək ki, London meri 4 il müddətinə seçilir. Lakin pandemiya səbəbilə seçkilər keçirilmədiyi üçün Sadik Xanın səlahiyyət müddəti bir il uzadılıb.
Xatırladaq ki, şəhərin meri vəzifəsinə azərbaycanlı hüquqşünas Kamran Balayev də namizədliyini irəli sürmüşdü.
Bizim.Media
