Türkiyə rəsmiləri Telegramın narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə videoların yayılması üçün istifadə edildiyi üçün onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Takvim" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Türkiyənin Texnologiya və Kommunikasiya Şurası Telegramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.
Bizim.Media