Gənc qadın ağrıdan şikayət etmək üçün getdiyi xəstəxanada şok keçirib. Qarnından 1 kiloqram ağırlığında daş çıxarılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Manisanın Kırkağaç rayonunda baş verib.
Gənc qadının sidik kisəsindən 1 kiloqram 18 santimetr enində daş çıxarılıb. Həkimləri belə təəccübləndirən vəziyyətin Türkiyədə və dünyada təkrar hadisə olub-olmadığı araşdırılır.
Bizim.Media