Rusiyanın İl-20M təyyarəsinin Baltik dənizi üzərində görünməsi ilə əlaqədar NATO qırıcıları səmaya qalxıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndələri bildiriblər.
“Lage, İsveç və VAPB-dən (Baltik hava patrul missiyası) çevik reaksiya verən qırıcılar səmaya qalxaraq Rusiya kəşfiyyat təyyarəsini müşayiət ediblər”, - deyə Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.
Bizim.Media