Belarus dünən axşam saatlarında Ukraynanın sərhədi pozan on hava hədəfini məhv edib.
Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksand Lukaşenko məlumat verib.
Belarus lideri ötən gecə Ukraynanın Belarusun hava məkanını pozması ilə bağlı insidentdən danışıb:
“Dünən saat 18:10-da Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin qüvvələri döyüşə hazırlığı vəziyyətinə keçiblər. Ukrayna Silahlı Qüvvələri hər cür davranış qaydalarını və Belarus Respublikasının hava məkanını pozdu”.
"Saat 19:04-də kilometr yarım hündürlükdə və 6,5 kilometr məsafədə hava hücumundan müdafiə qüvvələri Belarus ərazisi üzərində bir neçə hədəfi məhv edib. Gecə və bu gün səhər saatlarında məhv edilənlərin axtarışı aparılır”, - deyə prezident bildirib.
Bizim.Media