Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” bu turda evdə “Hebar”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəlal da bu oyunda iştirak edib.
O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Arda” hazırda 6 xalla 6-cı pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media