“Sabah” basketbol klubu növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi milli komandamızın üzvü Əkbər Məmmədovu heyətinə qatıb. “NTD İndiqo”nun hücumçusu ilə 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, “Sabah” ölkəmizi ilk dəfə Çempionlar Liqasında təmsil edəcək. Yarışlar sentyabrın 17-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media