Belarus Ukrayna ilə sərhəddə antiterror əməliyyatı rejimi tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (DTK) məlumat yayıb.
Qurum sərhədyanı rayonların sakinlərini sakit olmağa və təhlükəsizlik qüvvələrinin tələblərinə ciddi əməl etməyə çağırıb. Bu qərar regiondakı gərgin vəziyyət fonunda artan təhlükə qarşısında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır.
Ukrayna teleqram kanallarının iddiasına görə, rejimin tətbiqinin mümkün səbəblərindən biri “Wagner” bölmələrinin Belarus ərazisindən Rusiyanın Ukraynaya bitişik bölgələrinə mümkün köçürülməsi hesab olunur.
Bundan əlavə, Belarusun sərhədyanı rayonlarında hərbi texnikanın hərəkəti, hava hücumundan müdafiə sistemlərinin və radiolokasiya stansiyalarının yerləşdirilməsi yerləri barədə məlumatların Ukrayna silahlı qüvvələrinə ötürülməsi halları qeydə alınıb.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Bryansk, Belqorod və Kursk vilayətlərində də antiterror rejimi tətbiq edilib.
Bizim.Media