Yaponiya hakimiyyət orqanları Nankay sahilində gözlənilən son dərəcə güclü zəlzələyə hazırlaşır.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, Yaponiyanın meteorologiya qurumu tarixində ilk dəfə meqa zəlzələ təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Agentlik rəsmiləri 29 prefekturada 707 bələdiyyəni yeraltı təkanlar zamanı hazırlıq səviyyələrini nəzərdən keçirməyə çağırıb.
Seysmoloqlar qeyd edirlər ki, təbiət hadisəsinin dəqiq nə vaxt baş verəcəyi hələ məlum deyil. Sakinlərə gələn həftə ayıq qalmaları tövsiyə olunur.
Xatırladaq ki, iki gün əvvəl Yaponiyanın Kyushu adasının şərq sahilləri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. 16 nəfər yaralanıb.
Bu vəziyyət fonunda Yaponiyanın baş naziri Fumio Kişida avqustun 9-dan 12-dək Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan səfərini ləğv edib.
Qeyd edək ki, meqazəlzələ Rixter şkalası üzrə 9.0-dan yuxarı maqnituda ilə xarakterizə olunur.
Bizim.Media