Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Rusiya ölkə rəhbərliyinə gözlənilən çevrilişlə bağlı xəbərdarlıq edib.
Vuçiç Serbiyada gözlənilən çevrilişlə bağlı Rusiyadan məlumat aldığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS yazır.
“Məlumat rəsmi kanallar vasitəsilə daxil olub, biz bununla məşğul oluruq. Təhlükəsizlik və İnformasiya Agentliyi buna cavabdehdir və Serbiya hökumətində və bütün digər yerlərdə bu sahədə ixtisaslaşmış insanlar öz işlərini görürlər”, - deyə agentlik Vuçiçdən sitat gətirib.
Onun sözlərinə görə, ölkədəki etiraz aksiyalarını Qərb dövlətlərinin nümayəndələri hazırlayıb.
Bizim.Media