“Turan Tovuz”da daha bir ayrılıq baş verib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Paçu Lira yola salınıb. 28 yaşlı braziliyalı forvardla müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Qeyd edək ki, Paçu Lura “Turan Tovuz”a ötən ilin yayında Portuqaliyanın “Trofense” klubundan keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media