Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Bizim.Media xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Meşvildişvili 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizim.Media