Türkiyənin paytaxtı Ankarada şəhərində dəhşətli yol qəzası baş verib.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb. Nəticədə 9 nəfər ölüb, 26 nəfər yaralanıb.
İlkin məlumatlara görə, hadisə sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsi səbəbindən baş verib.
Bizim.Media