İranın Azərbaycandakı keçmiş səfiri: Ermənistan qonşu ölkələrdən birini işğal etmişdi

İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvinin İranın ölkəmizdəki digər keçmiş səfiri Möhsün Pakayinin Qarabağ münaqişəsinə həsr olunmuş kitabının təqdimat mərasimində çıxışı ilə bağlı bəzi mətbuat orqanlarında əsassız iddialar yayılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, guya Seyid Abbas Musəvi çıxışında Azərbaycanın qonşu dövlətlərdən birini işğal etmiş ölkə olduğunu söyləyib.

Lakin keçmiş səfirin çıxışının orijinal mətni ilə tanış olanda aydın olur ki, ciddi yanlışlığa yol verilib. Mümkündür ki, Seyid Abbas Musəvinin sözləri ya bilərəkdən təhrif edilib Azərbaycan cəmiyyətinə çatdırılıb, yaxud da tərcümə xətasına yol verilib.

Əslində isə Seyid Abbas Musəvi çıxışında bildirib ki, İran İslam Respublikası həmişə öz prinsipləri, Ali Rəhbərin xarici siyasətdə elan etdiyi prinsiplər əsasında hərəkət edib:

“Separatizmə, zora qarşı çıxmaq siyasəti İranın inandığı prinsiplərdən biridir”.

Keçmiş səfir sözünə belə davam edib:

“Ermənistan qonşu ölkələrdən birini işğal etmiş ölkə idi. Biz vasitəçilik edərək, əvvəlcə tərəfləri münaqişəsinin həllinə dair sülh sazişinin imzalanmasına yaxınlaşdırdıq, lakin qərb ölkələrinin maraqları buna imkan vermədi. Biz ağıllı olaraq İranın Qafqazdakı mövcudluğunu sabitləşdirə və regionu öz maraqlarımıza yaxınlaşdıra bildik”.

Diplomat İranın İkinci Qarabağ Müharibəsində mövqeyinə də toxunub, İslam Respublikasının bu münaqişədə bitərəf qaldığını söyləyib:

“Azərbaycan xalqı əvvəl hesab edirdi ki, İran Ermənistana meyllidir, lakin rəhbəri mövqeyi bu nöqteyi-nəzəri dəyişdirdi”.

Bəzi dairələrin İran-Azərbaycan münasibətlərini münaqişə vəziyyətinə gətirdiyini vurğulayan keçmiş səfir “Bəlkə də çoxları bu əlaqələrin kəsilməsini istəyirdi, amma dövlətin planı başqa idi. Şəhid Rəisinin (İranın helikopter qəzasında həlak olan prezidenti İbrahim Rəisi-red.) İlham Əliyevlə son görüşü çox yaxşı keçdi və səfirlik yenidən açılmalı idi”, - deyə bildirib.

Musəvi xatırladıb ki, Qafqaz İranın təsir dairəsindədir və onlar burada mövcud olmalıdırlar:

“Fürsətlərdən istifadə edilməlidir, Qarabağ münaqişəsinin mövcud olduğu üç onillik ərzində İranın iqtisadi imkanları əlindən alındı. Qərb ölkələri İranı və Rusiyanı Qafqazdan qovmağa çalışır, lakin biz bəyan etdik ki, bura bizim regiondur, biz yox, onlar getməlidirlər”.

Keçmiş səfir onu da əlavə edib ki, İranın xəbərdarlığı olmasaydı, Qərbin hazırladığı oyun baş tuta bilərdi.

“Naxçıvanla Bakının əlaqəsi İrandan keçir. Biz otuz ildir ki, onları mühüm marşrut olan bu marşrutla təmin etmişik”, - deyə diplomat fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə mənzildən oğurluq edən fəhlələrə elektron qolbaq taxıldı

Xankəndidə mənzildən oğurluq edən fəhlələrə elektron qolbaq taxıldı

"Eşref Rüya"da yeni aktyor - FOTO

"Eşref Rüya"da yeni aktyor - FOTO

Sabun və yağ qoxulu ŞOKOLADLAR – Sevərək yediyimiz məhsula hansı maddələri QATIRLAR?

Sabun və yağ qoxulu ŞOKOLADLAR – Sevərək yediyimiz məhsula hansı maddələri QATIRLAR?

Təyyarənin şassi bölməsində cəsəd tapdılar

Təyyarənin şassi bölməsində cəsəd tapdılar

Kartofu belə qızardın - Daha sağlam, az kalorili

Kartofu belə qızardın - Daha sağlam, az kalorili

4 bürcü yaxın günlərdə böyük sürpriz gözləyir

4 bürcü yaxın günlərdə böyük sürpriz gözləyir

Toy yasa çevrildi - Bəy QƏFİL ÖLDÜ - FOTO

Toy yasa çevrildi - Bəy QƏFİL ÖLDÜ - FOTO

Moldovada Sandunun partiyası qalib gəldi - VİDEO

Moldovada Sandunun partiyası qalib gəldi - VİDEO

Türkiyədə daha bir zəlzələ

Türkiyədə daha bir zəlzələ

Vətən müharibəsinin xronikası: 29 sentyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 29 sentyabr – VİDEO

4 həmkəndlisini bıçaqlayan 23 yaşlı oğlan TUTULDU

4 həmkəndlisini bıçaqlayan 23 yaşlı oğlan TUTULDU

III MDB Oyunları: Bu gün daha 8 idman növü üzrə yarışlara start veriləcək

III MDB Oyunları: Bu gün daha 8 idman növü üzrə yarışlara start veriləcək

Ukrayna Rusiyanın dərinliklərini vuracaq? - ABŞ icazə verdi

Ukrayna Rusiyanın dərinliklərini vuracaq? - ABŞ icazə verdi

Ukraynadan böyük hücum - Belqorod vilayətit işıqsız qaldı

Ukraynadan böyük hücum - Belqorod vilayətit işıqsız qaldı

Kilsədə atışmada ölənlərin sayı 9-a ÇATDI

Kilsədə atışmada ölənlərin sayı 9-a ÇATDI

“Qəzza ilə bağlı danışıqlar yekunlaşır? - Tramp açıqladı

“Qəzza ilə bağlı danışıqlar yekunlaşır? - Tramp açıqladı

Rüşvət alan sabiq nazir edam ediləcək

Rüşvət alan sabiq nazir edam ediləcək

ABŞ-da kilsədə atışma - Xəsarət alanlar var

ABŞ-da kilsədə atışma - Xəsarət alanlar var

“Atamla barışmağıma mane olurlar” - Şahzadə Harri

“Atamla barışmağıma mane olurlar” - Şahzadə Harri

“Real” kapitanını itirdi

“Real” kapitanını itirdi

“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi - VİDEO

İlham Əliyev III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi

İlham Əliyev III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi

Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

Ulduzlar Zeynəb Xanlarovanın nəvəsinin toyunda səhnə aldılar - VİDEO

Ulduzlar Zeynəb Xanlarovanın nəvəsinin toyunda səhnə aldılar - VİDEO

End of content

No more pages to load

RADİO