"Kəpəz" daha bir legioneri heyətinə qatmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Keverton Marselo ilə anlaşmaq üzrədir.
"Kəpəz" Braziliyada "Hercilio Luz" klubunda oynayan 23 yaşlı yarımmüdafiəçini razı salmağa yaxındır.
2001-ci il təvəllüdlü dayaq yarımmüdafiəçi Azərbaycanda oynamaq istəyib, son olaraq maaş məsələsində razılıq əldə etmək lazımdır. Keverton karyerası ərzində yalnız Braziliyada “Audaks Rio”, “Ponte Preta” komandalarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media