“Ukrayna danışıqlar mövqeyini gücləndirmək üçün Kursk vilayətində hücuma keçib”-
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O, Rusiya Federasiyasının ərazi, insan və texnika itkilərinin danışıqlara müsbət təsir edəcəyini, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə doğru irəliləməsinin rusları qorxuya salacağını qeyd edib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Atışma və PUA hücumları nəticəsində Kursk vilayətinin 5 sakini həlak olub. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 6-sı uşaq olmaqla 31 nəfər xəsarət alıb. Ukrayna ordusunun bir sıra yaşayış məntəqlərini və strateji obyektləri nəzarətə götürdüyü bildirilir.
Bizim.Media