ABŞ-dan Türkiyəyə Rusiyaya silah ixracı ilə bağlı XƏBƏRDARLIQ

ABŞ Rusiyaya hərbi məhsul ixracatını dayandırması üçün Türkiyəyə xəbərdarlıq edib 

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. 
 

Xəbərdə bildirilib ki, Vaşinqton Türkiyəyə Rusiyaya Ukraynada apardığı müharibə üçün həyati əhəmiyyət kəsb edən ABŞ-a aid hərbi texnikanın ixracını məhdudlaşdırmasa, ölkə üçün nəticələri ağır olacaq. 


ABŞ-ın ticarət katibinin köməkçisi Metyu Akselrod qeyri-qanuni ticarəti dayandırmaq səyləri çərçivəsində bu yaxınlarda Ankara və İstanbulda hökumət rəsmiləri ilə görüşüb. Ticarət departamentinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, onun mesajı ondan ibarət olub ki, Türkiyə Amerika mənşəli çiplər və Moskvanın Ukraynadakı müharibəsində əsas rol oynayan digər hissələrin ticarətini məhdudlaşdırmaq üçün daha çox çalışmalıdır. 

"Türkiyə bizə ABŞ texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almağa kömək etməsi üçün lazımdır. Türkiyə səlahiyyətliləri və sənayesi tərəfindən sürətli irəliləyiş görməliyik, əks halda ixrac nəzarətimizdən yayınanlara qarşı nəticələr tətbiq etməkdən başqa çarəmiz qalmayacaq", o, "Financial Times"ə açıqlamasında deyib. 

Qeyd olunub ki, Vaşinqtonun xəbərdarlığı Türkiyənin Rusiya ilə ticarət əlaqələrini saxlamaq qərarının iki NATO müttəfiqi arasında münasibətləri necə korladığının son əlamətidir. 

"ABŞ, Aİ və digər Qərb tərəfdaşları 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı tam miqyaslı işğalçı müharibəyə başlamasından bəri Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib, lakin Türkiyə bu sanksiyakara qoşulmayıb. ABŞ Türkiyənin Qərb istehsalı olan elektronikanın, o cümlədən prosessorlar, yaddaş kartları və gücləndiricilərin ixrac nəzarətini pozaraq Rusiya göndərilməsi üçün əsas mərkəzə çevrilməsindən xüsusilə narahatdır", - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir

Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar

Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar

Azad edilmiş ərazilərdə daha 190 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 190 mina aşkarlandı

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

Bu kənddə hamı xalatla gəzir

Bu kənddə hamı xalatla gəzir

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Bakıda yayın son konserti keçirildi- Fotolar

Bakıda yayın son konserti keçirildi- Fotolar

"Qarabağ" Dani Boltla yolları AYIRDI

"Qarabağ" Dani Boltla yolları AYIRDI

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

Tokayev onu baş nazir təyin etdi

Tokayev onu baş nazir təyin etdi

Bakıda avtomobil aşdı – VİDEO

Bakıda avtomobil aşdı – VİDEO

Şükufə Yusupovanın vəziyyəti necədir?

Şükufə Yusupovanın vəziyyəti necədir?

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi – FOTO

Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi – FOTO

Prezident və birinci xanım Qırğızıstanda səfərdədir – FOTO/VİDEO

Prezident və birinci xanım Qırğızıstanda səfərdədir – FOTO/VİDEO

2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO

Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

End of content

No more pages to load

RADİO