Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Bizim.Media xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.
Dolqorjavanın finala gedən yolda ABŞ-lı Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Bizim.Media