ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2017-ci ildə Şimali Koreya lideri Kim Çen İnlə söhbətinin təfərrüatlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə strimer Edin Rossa müsahibəsində danışıb.
Trampın sözlərinə görə, iki ölkə liderləri “qırmızı düymə” (nüvə silahını işə salacaq düymədən söhbət gedir) ilə bağlı fikir mübadiləsi aparıblar.
“Dedi ki, stolumda qırmızı düymə var. Mən dedim: “Problem yoxdur, mənim də qırmızı düyməm var, üstəlik o, sənin düyməndən daha böyükdür və o, işləyir”, - Amerikanın keçmiş prezidenti bildirib.
Tramp söhbət zamanı Elton Conun Kim Çen In üçün “Rocket Man” (raket adam) mahnısını ifa etdiyini qeyd edib və əlavə edib ki, KXDR lideri məhz “raket adam”dır. Kim Çen İn isə cavabında onu "kiçik raket adamı" adlandırmaq lazım olduğunu söyləyib.
Bizim.Media