“Yəmənin Ənsar Allah hərəkatı (husilər) İsrailə hücum üçün böyük planlar hazırlamağa başlayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Nəsrəddin Amer “Newsweek” nəşrinə müsahibəsində bildirib.
O, təfərrüatları açıqlamayıb və qeyd edib ki, indi əsas diqqət danışıqlara deyil, hərəkətlərə yönəlib:
“Bu müddət ərzində biz az danışmağa və çox hərəkət etməyə meylli oluruq. Mən dünyanın bunu başa düşməsini istəyirəm”.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran, Hizbullah və HƏMAS İsraildən qisas alacaqlarını elan ediblər.
Bizim.Media