"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.
Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.
Bizim.Media