Paris-2024 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə üzgüçülük yarışlarının finalında maraqlı hadisə baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Ynetnews” məlumat yayıb.
Bildirilib ki, israilli idmançı Anastasiya Qorbenko olimpiadanın finalını Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkil etdiyi şam yeməyinə görə qaçırıb.
Belə ki, Qorbenko yarımfinalın nəticələrinə əsasən 9-cu sırada qərarlaşıb və final üçün ilk ehtiyat idmançı olub. Lakin avstraliyalı Ella Ramzi xəstələndiyi üçün həlledici mərhələdən kənarda qalıb. Belə olan halda onu Qorbenko əvəzləməli idi.
Anastasiya Qorbenko bundan yalnız finalın startına 25 dəqiqə qalmış xəbər tutub. Həmin vaxt BOK-un təşkil etdiyi şam yeməyində olan Qorbenko beləcə finala yetişə bilməyib və yarışdan kənarda qalıb.
Bizim.Media