"Neftçi" yeni oyunçu ilə anlaşıb.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Ruslan Samiqullini "Sabah"dan icarəyə götürüb. Gənclər yığmasının da formasını geyinən qapıçıyla bir illik müqavilə bağlanıb. Roman Qriqorçuku görəvə gətirmiş "Neftçi" bu yay 2 qapıçısı ilə vidalaşıb.
Xroniki zədələrdən əziyyət çəkən Aqil Məmmədov karyerasını 35 yaşında bitirmək məcburiyyətində qalıbsa, xorvatiyalı İvan Brkiç Polşada "Motor"la müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media