Azərbaycan torpaqlarını azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi” - İlham Əliyev

Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Burkina Fasonun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edərkən deyib.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Azərbaycan Prezidenti, ilk növbədə, BMT-də, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyin göstərilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neo-müstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirdi. Bu xüsusda Fransanın həyata keçirdiyi neo-müstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə beynəlxalq qeyri-hökumət hərəkatı çərçivəsində fəal iş apardığını bildirdi.

Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın əsl simasını nümayiş etdirdiyini, BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd etdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Şəmsi Səmədzadə həbsdən azad olundu

Şəmsi Səmədzadə həbsdən azad olundu

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Putin və Paşinyan telefonla danışdı

Putin və Paşinyan telefonla danışdı

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

End of content

No more pages to load

RADİO