"Xəzər Axşamı" proqramı mərhum reper Anar Nağılbazın oğlu Tamerlanın ən böyük arzusunu gerçəkləşdirib.
Bizim.Media xəbər verir ki, bir neçə ay əvvəl Tamerlan müsahibəsində reper Epinin fanatı olduğu və onunla görüşmək istədiyini bildirmişdi.
Belə ki, reper studiaya dəvət olunub və Nağılbazın oğlunun arzusunu reallaşdırıb. Epinin gəlişinə sevinən Tamerlan isə əlləri əsdiyini, həyacanlı olduğunu vurğulayıb.
Qeyd edək ki, Anar Nağılbaz 4 avqust 2018-ci ildə vəfat edib.
Tamerlanın 15 yaşı var o rep yazır və atasının sənətini davam etdirmək istəyir. Lakin atasının heç bir həmkarı ona bu işdə dəstək olmayıb. Reper Epi isə Tamerlana görə gəldiyini və ona dəstək olacağına söz verib.
Bizim.Media