Avropa Parlamenti Macarıstanın Şengen Zonasından çıxarılmasını İSTƏYİR – DETALLAR

Avropa Parlamenti Budapeştin Rusiya və Belarus da daxil olmaqla, səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirmək qərarından sonra Macarıstanın Şengen zonasında iştirakının dayandırılması üçün Avropa Komissiyasına müraciət edib.

Bizim.Media “Politico” nəşrinə istinadla xəbər verir ki, Avropa Parlamentinin Çexiya və Litvadan olan deputatları Danuşe Nerudova və Pyatras Auştryaviçyus Macarıstanın müvafiq qərarının araşdırılması üçün Avropa Komissiyasına məktub göndərib. 

Məktub müəlliflərinin sözlərinə görə, Budapeştin bu addımı üzv ölkələrin vətəndaşları üçün Şengen zonasının təhlükəsiz məkan rolunu potensial təhlükə altına alır.

Deputatların fikrincə, Macarıstan hökuməti öz siyasətini dəyişməsə, Avropa Komissiyası və Avropa İttifaqının bütün üzvləri Budapeştin Şengen zonasındakı mövcudluğunu şübhə altına almalıdır. Məktubda təklif olunan tədbirlər arasında Macarıstan sərhədlərində nəzarətin tətbiqi və bu ölkənin vizalarının tanınmaması da yer alıb.

“Politico” nəşrinin yazdığına görə, sənəddə Belçika və İrlandiyanın sabiq baş nazirləri də daxil olmaqla 70-ə yaxın nüfuzlu siyasətçinin imzası var.

Bir müddət öncə bir sıra Avropa KİV-ləri Macarıstanın bəzi ölkələr, o cümlədən Rusiya və Belarus vətəndaşları üçün viza rejimini yüngülləşdirməyi qərara aldığını yazıb.
 

İyulun 30-da Avropa Komissiyası Macarıstandan bu qərarla bağlı izahat tələb edib. Avqustun 1-də isə Latviya Prezidenti Edqars Rinkeviçs viza güzəştləri səbəbindən Macarıstanın Şengen zonasında iştirakının məhdudlaşdırmasını istəyib.


Qeyd edək ki, Avropa İttifaqının qaydalarına görə, hər bir ölkə miqrasiya siyasətini və onun tətbiqini özü müəyyənləşdirə bilər. Eyni zamanda, Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları ittifaq ərazisinə gəldikdən sonra 27 icma ölkəsinin, həmçinin Norveç və İsveçrənin daxil olduğu Şengen zonasında sərbəst hərəkət etmək imkanına yiyələnir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada "Niva" teplovozla toqquşdu: xəsarət alan var - FOTOLENT

Zaqatalada "Niva" teplovozla toqquşdu: xəsarət alan var - FOTOLENT

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti UZADILDI

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti UZADILDI

Ulduz falı: 1 sentyabr, 2026-cı il

Ulduz falı: 1 sentyabr, 2026-cı il

İsveçdə demoqrafik böhran: Əhalinin sayı kəskin azala bilər

İsveçdə demoqrafik böhran: Əhalinin sayı kəskin azala bilər

Prezident Paşinyanla görüşün keçirildiyi məkana belə gəldi – VİDEO

Prezident Paşinyanla görüşün keçirildiyi məkana belə gəldi – VİDEO

İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs TUTULDU - FOTO

İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs TUTULDU - FOTO

İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşündən FOTOLAR

İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşündən FOTOLAR

Əli Əsədov Oljas Bektenovu TƏBRİK ETDİ

Əli Əsədov Oljas Bektenovu TƏBRİK ETDİ

100 yaşına çatanların övladları daha UZUN YAŞAYIR - Səbəbi ŞOK ETDİ

100 yaşına çatanların övladları daha UZUN YAŞAYIR - Səbəbi ŞOK ETDİ

Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto

Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - FOTO/VİDEO

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - FOTO/VİDEO

Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar

Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar

Azad edilmiş ərazilərdə daha 190 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 190 mina aşkarlandı

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

Bu kənddə hamı xalatla gəzir

Bu kənddə hamı xalatla gəzir

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Bakıda yayın son konserti keçirildi- Fotolar

Bakıda yayın son konserti keçirildi- Fotolar

"Qarabağ" Dani Boltla yolları AYIRDI

"Qarabağ" Dani Boltla yolları AYIRDI

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

End of content

No more pages to load

RADİO