İsrailin Hərbi Hava Qüvvələri ötən gün ərzində bütün Qəzza zolağında 50-yə yaxın müxtəlif hədəfə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ordunun mətbuat xidməti yayıb.
Məlumata görə, hücumların hədəfi Fələstin radikalların dəstələri, müşahidə postları və müxtəlif hərbi infrastruktur obyektləri olub.
İsrail Hərbi Hava Qüvvələrinə anklavın cənubundakı Rafah şəhəri və Qəzza zolağının mərkəzi hissəsindəki quru bölmələri dəstək verib. Nəticədə silahlı radikalların dəstələri, bir neçə infrastruktur obyekti, o cümlədən HƏMAS hərəkatının döyüş qanadı olan silah anbarı zərərsizləşdirilib.
Bizim.Media