"Sumqayıt"ın sabiq qapıçısı İlnur Vəliyev Azərbaycana qayıdıb.
Bizim.Media xəbər verir ki, o, "Qaradağ Lökbatan"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiperlə 1 illik müqavilə imzalanıb. İlnur son olaraq "Rubin-2" və Tatarıstan çempionatında iştirak edən "Sokol" klubunun forması geyinmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media