Azərbaycanlı jurnalist Əfqan Sadıqov Vətəninə ekstradisiya məqsədi ilə Tbilisidə saxlanılıb.
Bizim.Media "Pirveli TV"yə istinadən xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan hakimiyyəti tərəfindən axtarışa verilib.
Bildirilir ki, Azel.tv xəbər saytının baş redaktoru olan Əfqan Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçüb.
Bizim.Media