İran İsraili avqustun 5-i, bazar ertəsi vura bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verib.
“Üç ABŞ və İsrail rəsmisi bildiriblər ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər”, - deyə nəşr bildirib.
Qeyd edək ki, bundan əvvəl “Sky News Arabia” telekanalı Qərb kəşfiyyat məlumatlarına istinadən İranın yəhudilərin matəm günü (Tişa BeAv) İsrailə hücum planlaşdırdığı xəbərini yaymışdı.
Bizim.Media