Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünə start verilib.
Bizim.Media xəbər veir ki, ilk turun matçları üç günü əhatə edəcək. Turun açılış matçında “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Qarabağ” bu rəqibinə bütün oyunlarda qol vurmuşdu. “Araz-Naxçıvan” evdə uduzmamışdı. Bu oyunda isə Ağdam təmsilçisi səfər oyununda darmadağına imza atıb. Turun qalan görüşləri şənbə və bazar günlərində keçiriləcək.
Misli Premyer Liqası
1-ci tur
2 avqust
“Araz-Naxçıvan” – “Qarabağ” 1:4
Qollar: Nuno Rodriqes, 86 – Redon Cica, 6. Riçard Almeyda, 9. Hamidu Keyta, 47. Abbas Hüseynov, 88.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 78.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
“Liv Bona Dea Arena”, 20:00.
Rəşad Rafiqoğlu, Bizim.Media