Səhər yeməyini mütləq yeyin!

“Səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver” atalar sözünü hamımız eşitmişik. Bəs hamımız ona əməl edirikmi? Çoxları səhər yuxudan duranda yemək yemədən evdən çıxır. Bunu ya iştahanın olmaması, ya da vaxt azlığı ilə əlaqələndirirlər.

Ancaq mütəxəssislər səhər yeməyinin insan sağlamlığı üçün vacib olduğunu vurğulayırlar. Bəs səhər yeməyinin sağlamlığa faydaları hansılardır?

Bizim.Media "e-tibb"ə istinadla bildirir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Çünki insan ac qaldıqda qanda şəkərin səviyyəsi enir və bu da əsəbilik yaradır.

Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına kömək edir. Belə ki, insan yatanda maddələr mübadiləsi də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır.

Bundan başqa, aclıq zamanı orqanizmin müdafiə reaksiyası işə düşür və bədən ehtiyatda saxlamaq üçün daha çox kalori qəbul etməyə çalışır. Üstəlik, səhər yeməyi yeməyən şəxs nahar zamanı lazım olandan daha çox yeyəcək ki, bu da bədən çəkisinə mənfi təsir edəcək.

Mütəxəssislər hesab edir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqəti və yaddaşı yaxşılaşdırır.

Araşdırmalar səhər yeməyinin infarkt və ürək xəstəlikləri riskini azaltdığını ortaya qoyub. Belə ki, səhər yeməyindən imtina qan təzyiqinin və qandakı şəkərin səviyyəsini pozur, bu isə infarkt riskini artırır.

Bəs səhərlər hansı qidalar yeyilməlidir? Səhər yuxudan oyanan zaman, ilk növbədə, bir stəkan ilıq su içmək lazımdır. Daha yaxşısı isə bir stəkan ilıq suya yarım limonun şirəsini sıxıb içməkdir. Bu, orqanizmə yuxudan oyanmağa və həzm prosesinə başlamağa kömək edəcək.

Çoxu səhər bir fincan qəhvə, ya da çay içib, evdən çıxır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu hal insanlarda mədənin selikli qişası qıcıqlanır və müəyyən müddət sonra qastritin inkişafına səbəb olur.

Dietoloqlar sıyığı ən yaxşı səhər yeməyi hesab edirlər. Dənli bitkilərin tərkibində faydalı karbohidratlar, E vitamini və B qrupu vitaminlər var. E vitamini qocalma prosesini ləngidir, B qrupu vitaminlər isə sinir sisteminin işini yaxşılaşdırır.

Bundan başqa, sıyıq orqanizmdən şlakları çıxarır, gün ərzində yeyilən məhsulların piylərini həzm etməyə kömək edir. Sıyıq yeyən şəxslərdə qəbizlik ehtimalı da minimum olur.

Səhər yeməyinin tərkibində yağ, protein və karbohidrat olmalıdır. Hər səhər yeməyində mütləq yumurta yemək lazımdır. Yumurtanın tərkibindəki kalsium, kalium, maqnezium, sink, zülal, minerallar immunitetin yüksəlməsinə kömək edir.

Süd məhsullarını da süfrədən əskik etmək olmaz. Günün əvvəlində orqanizmin qəbul etdiyi bir stəkan süd və ya 200 qram kəsmik onu A və B qrup vitaminləri ilə təmin edəcək.

Beləliklə, gün boyu enerjili, gümrah və sağlam olmaq istəyirsinizsə, nə olursa-olsun səhər yemək yemədən evdən çıxmayın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edildi - FOTO

Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edildi - FOTO

Bu şəxslərin hüquqları ARTIRILDI

Bu şəxslərin hüquqları ARTIRILDI

Cici Hadidlə Bredli Kuper evlənir

Cici Hadidlə Bredli Kuper evlənir

Rusiyada qanuni oğru Xaçatryana 17,5 il həbs cəzası verildi

Rusiyada qanuni oğru Xaçatryana 17,5 il həbs cəzası verildi

Elşad Abdullayevə hökm oxundu - 15 il

Elşad Abdullayevə hökm oxundu - 15 il

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Bəşər Əsədin qızının BƏƏ-də universitetdə təhsil aldığı ÜZƏ ÇIXDI

Bəşər Əsədin qızının BƏƏ-də universitetdə təhsil aldığı ÜZƏ ÇIXDI

Şimal bölgəsinin məktəblərində sınaq imtahanı QALMAQALI – Uşaqlar saatlarla nəyi GÖZLƏDİ?

Şimal bölgəsinin məktəblərində sınaq imtahanı QALMAQALI – Uşaqlar saatlarla nəyi GÖZLƏDİ?

Ağdamda “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi – FOTO

Ağdamda “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi – FOTO

Ərinin qətlini sifariş edən qadına ağır cəza istənildi

Ərinin qətlini sifariş edən qadına ağır cəza istənildi

Dəm qazından ölən bacı-qardaş Qusarda dəfn olundu

Dəm qazından ölən bacı-qardaş Qusarda dəfn olundu

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir oxudu - VİDEO

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir oxudu - VİDEO

Maduro Trampa səsləndi: “Hər prezident öz ölkəsinin məsələlərini həll etməlidir”

Maduro Trampa səsləndi: “Hər prezident öz ölkəsinin məsələlərini həll etməlidir”

Qazaxıstanda qədim oğuzlara aid türk yazısı aşkar edildi – FOTO

Qazaxıstanda qədim oğuzlara aid türk yazısı aşkar edildi – FOTO

Bakıda şəhid bulağından oğurluq edildi – ANBAAN VİDEO

Bakıda şəhid bulağından oğurluq edildi – ANBAAN VİDEO

“Milan” bu futbolçu ilə YOLLARINI AYIRDI

“Milan” bu futbolçu ilə YOLLARINI AYIRDI

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar – FOTO

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar – FOTO

At belində bir ÖMÜR – 98 yaşlı Nuruş kişinin HƏYAT HEKAYƏSİ – VİDEO

At belində bir ÖMÜR – 98 yaşlı Nuruş kişinin HƏYAT HEKAYƏSİ – VİDEO

Qusar futboluna DƏSTƏK – Klubun sponsoru MÜƏYYƏNLƏŞDİ – FOTO/VİDEO

Qusar futboluna DƏSTƏK – Klubun sponsoru MÜƏYYƏNLƏŞDİ – FOTO/VİDEO

İordaniya Kralı İlham Əliyevi TƏBRİK ETDİ

İordaniya Kralı İlham Əliyevi TƏBRİK ETDİ

İsrailin müdafiə naziri: “Suriyadan və Qəzzadan geri çəkilməyəcəyik”

İsrailin müdafiə naziri: “Suriyadan və Qəzzadan geri çəkilməyəcəyik”

ÖZƏL: Şəbnəmin qızı Röyanın yanında bu İŞDƏ ÇALIŞIR – VİDEO/FOTO

ÖZƏL: Şəbnəmin qızı Röyanın yanında bu İŞDƏ ÇALIŞIR – VİDEO/FOTO

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

SON DƏQİQƏ! Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ – Vəzifəli şəxslər HƏBS OLUNDU – ADLAR

SON DƏQİQƏ! Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ – Vəzifəli şəxslər HƏBS OLUNDU – ADLAR

End of content

No more pages to load

RADİO