“HƏMAS-ın lideri İsmayıl Haniyə partlayışdan iki ay əvvəl yerləşdirilmiş partlayıcı qurğu ilə öldürülüb”.
Bizim.Media xəbər verir ki, bu iddia ilə “CNN” nəşri çıxış edib.
“Məlumata görə, partlayıcı qurğu Haniyənin Tehranda qaldığı bilinən qonaq evinə qoyulub. O, otağında olarkən cihaz uzaqdan işə salınıb”.
Qeyd edək ki, İran hökuməti və HƏMAS Haniyənin öldürülməsinin arxasında İsrailin olduğunu iddia edir.
Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Onun cənazəsi bu gün Qətərdə torpağa tapşırılacaq.
Bizim.Media