Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili koronavirusa yoluxub.
Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
"Hazırda Bidzina İvanişvilinin səhhətinin vəziyyəti qənaətbəxşdir", - partiyanın bəyanatında deyilir.
Məluma görə, İvanişvili iki həftə əvvəl koronavirusa yoluxub.
Bizim.Media